Göyçayda avtomobil aşıb, 3 nəfər xəsarət alıb


16:27     03 İyul 2019 19_07_03_1562156887.jpg

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün günorta saatlarında Göyçay-Ləkçiplaq-Qaraxıdır yolunda qeydə alınıb. "VAZ 2106" markalı, 10 HP 636 dövlət nömrə nişanlı avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Qaraxıdır kənd sakinləri - 1995-ci il təvəllüdlü Mahir Xudaverdiyev, Elşən Əhmədov, Salam Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 434