Müəllimlərin işə qəbulu üzrə qeydiyyat bu axşam bitir


16:57     03 İyul 2019 19_07_03_1562158669.jpg

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, onlardan 50 mindən çox namizəd elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu 3 iyul tarixində saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Açar sözlər:

Oxunub: 358