MM-in növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclaslarının gündəliyi müəyyənləşib


17:00     03 İyul 2019 millimeclis1.jpg

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclaslarının gündəliyi müəyyənləşib.

Femida.az -ın xəbərinə görə, iyulun 9-da keçiriləcək plenar iclasların gündəliyinə 38 məsələ daxildir.

Bunlar “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir.

Xatırladaq ki, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü və 27-i keçirilib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Açar sözlər:

Oxunub: 413