Amaliya Pənahovanın xatirəsi əbədiləşdirilir - Sərəncam


20:55     03 İyul 2019 19_07_03_1562172969.jpg

Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Femida.az -ın məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Femida.az


Açar sözlər:

Oxunub: 461