“06” aşdı, yaralılar var - Foto


22:33     03 İyul 2019 19_07_03_1562177171.jpg

Göyçayda yol qəzası olub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Göyçay-Ləki yolunda baş verib.

Rayon mərkəzindən Qaraxıdır kənd istiqamətində hərəkətdə olan "VAZ 21 06" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb.

Avtomobildə olan sürücü və sərnişinlər ağır xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib


Göyçayda qəzaya düşənlərin kimli bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bunlar rayonun Qaraxıdır kənd sakinləri Mehdi Xudaverdiyev, Elşən Əhmədov, Salam Allahverdiyevdi. Yaralılar hazırda Göyçay rayon mərkəzi xəstəxanasında müalicə alırlar,vəziyyətləri orta ağır hesab edilir.

Açar sözlər:

Oxunub: 338