Sabirabadda çobanın asılmış meyiti tapıldı - İntihar, yoxsa...


09:05     04 İyul 2019 intihar118.jpg

Sabirabadda intihar hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunun Sarıcalar kəndində qeydə alınıb. Səhər saatlarında kənddə yerləşən fermalardan birindən çobanın asılmış vəziyyətdə meyiti aşkar olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çəlb olunub. İntihar etmiş şəxsin adı və intiharın səbəbləri aydınlaşdırılır.

Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 338