Azərbaycanda 58 minlik cərimə


18:56     05 Noyabr 2015 1421156057_zig-surushme-sahesinde-aktivleshme-mushahide-olunubcenubnews.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ay qanunvericiliyi pozanları 60 min manata yaxın cərimə edib.


Nazirliyin mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, qurumun Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə oktyabrın 16-dan 31-nə qədər araşdırmalar aparıblar.

Nazirlikdən bildirilib ki, hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verdiyi qanun pozuntularına görə 165 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilib.

Araşdırma nəticəsində ümumilikdə, 35 iş üzrə 58 200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 1 679.32 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 182 iş üzrə 56 485.42 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 36, məhkəmələrə isə 2 iş göndərilib.

Açar sözlər:

Oxunub: 616