50 min müəllim imtahan verəcək - 8 vakant yer...


09:29     04 İyul 2019 muellim57.jpg

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, müsabiqəyə elektron sənəd qəbulu 3 iyul tarixində saat 23:59-da bitib.

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək.

Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

Femida.az

Açar sözlər: #DİM   #İmtahan   #Abituriyent   #Tələbə   #Şagird   #Məktəb  

Oxunub: 519