Putin Zelenskiyə şərt qoydu

Putin Zelenskiyə şərt qoydu


10:01     04 İyul 2019 19_07_04_1562220142.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski seçkiqabağı vədlərini yerinə yetirsə və Donbasdakı həmvətənləri ilə danışıqlara başlasa, Moskva və Kiyev arasında dialoq, eləcə də, Rusiya və Ukrayna münasibətlərinin yaxşılaşması mümkündür.

Bunu Rusiya Prezidenti Vladimir Putin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.


Onun sözlərinə görə, V.Zelenski Donbasdakı həmyerliləri ilə birbaşa təmas qurmağa başlasa və onları separatçı adlandırmağa son qoysa, eləcə də, Ukrayna hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirsə, Kiyevlə konstruktiv dialoq mümkündür.

V.Putin qeyd edib ki, Ukrayna vətəndaşları V.Zelenskidən və onun komandasından bəyanatlar deyil, real hərəkətlər, tezliklə yaxşılığa doğru dəyişikliklər gözləyirlər.

Açar sözlər:

Oxunub: 202