Ağdaş sakininin evindən narkotik və silah aşkarlanıb
10:25 04 İyul 2019
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini 44 yaşlı Qadir Məmmədov saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunub. Davam etdirilən tədbirlərlə Q. Məmmədova məxsus evdən və həyətdəki toyuq hinindən 18 ədəd kibrit qutusunda, sellofan torbalarda ümumi çəkisi 400 qrama yaxın qurudulmuş marixuana, 3 ədəd kisədə çəkisi 2 kq 655 qr narkotik vasitə olan qurudulmayan marixuana, eləcə də bir ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.
Oxunub: 333
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb