Sərnişin gəmisi batdı: Ölənlər var


10:55     04 İyul 2019 2019/07/a791cb12-548c-42fc-ab86-48eaea336a39_1562223391.jpg

Pakistanın şimalındakı Tarbella gölündə 50 sərnişin daşıyan bərənin qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.

Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Samaa" telekanalı məlumat verib.

Bildirilib ki, bərə göyərtəsində çox sayda sərnişin olması səbəbindən aşıb. Səkkiz nəfərin, o cümlədən iki qadının meyiti tapılıb. Telekanal beş sərnişinin xilas olduğunu qeyd edir.

İtkin düşmüş sərnişinlər axtarılır. Hadisə yerində xilasedicilər, polis və Pakistan ordusunun dalğıcları çalışırlar.

Açar sözlər:

Oxunub: 477