Səyyar“ASAN Xidmət” bu rayonlarda- SİYAHI


19:12     05 Noyabr 2015 3v%20qas.jpg

“ASAN Xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.


Femida.az xəbər verir ki, Səyyar “ASAN xidmət” 6- 21 noyabr tarixlərində Zərdab şəhərində fəaliyyət göstərəck.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Bundan başqa Səyyar “ASAN xidmət” hazırda ölkənin müxtəlif regionlarında da fəaliyyət göstərir.

1. Masallı: 28 oktyabr - 27 noyabr
2. Quba: 28 oktyabr - 27 noyabr
3. Qəbələ: 28 oktyabr - 27 noyabr
4. Yevlax: 3- oktyabr - 13 noyabr
5. Fatmayı: 2 - 10 noyabr
6. Kürdəmir: 2 - 16 noyabr
7. Biləsuvar: 3 - 17 noyabr
8. Xırdalan: 3 noyabr - 2 dekabr
9. Şəmkir: 3 noyabr - 2 dekabr
10. Zərdab: 6- 21 noyabr

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Açar sözlər:

Oxunub: 849


Oxşar xəbərlər