Bakıda bədbəxt hadisə - Fəhlənin başına daş düşdü


12:00     04 İyul 2019 fehle.jpg

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.



Femida.az-ın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Travmatologiya şöbəsinə alınan R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 372