Əməkdar artist televiziya rəhbəri oldu


19:26     05 Noyabr 2015 b552864e6224f64823702466c05e857d.JPG

“Mədəniyyət” kanalına yeni baş direktor təyin olunub.


Femida.az xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım APA-ya bildirib ki, “Mədəniyyət” kanalına Azərbaycanın əməkdar artisti Ramil Qasımov rəhbərlik edəcək.

X. Qasım qeyd edib ki, təyinat bu gün baş tutub.

Qeyd edək ki, “Mədəniyyət” kanalının keçmiş baş direktoru Cəmil Quliyev 2013-cü ilin əvvəllərində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçilib. Həmin dövrdən “Mədəniyyət” kanalının baş direktoru postu boş qalıb.

Xatırladaq ki, R. Qasımov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru olub.

Açar sözlər:

Oxunub: 1115