Zərdab sakininin avtomobilini qaçıran şəxs saxlanılıb


12:21     04 İyul 2019 1357215660_ogru-copy-copy.jpg

Zərdab rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, “102–Zəng Mərkəzi” Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.

Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 245