Nazirlik jurnalını Universitetə satdı


12:28     04 İyul 2019 emek%20muqavilesi.jpg

Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti "Azərbaycanın vergi jurnalı"nın satınalınmasına dair müqavilə imzalayıb.



Femida.az xəbər verir ki, jurnalın təhsil müəssisəsinə satılması ilə bağlı iyulun 3-də Vergilər Nazirliyi ilə müqavilə imzalanıb.

Müqavilənin dəyəri 58 400 manatdır.

Xatırladaq ki, jurnal 2003-cü ildə iyulun 1-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilib. İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olub. 2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 292