Arvadının mobil telefonunda yad kişi ilə şəklini tapdığı üçün öldürdü - Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI + VİDEO


13:23     04 İyul 2019 2019/07/kifayetoxu2_1562232429.jpg

Bakıda baş vermiş dəhşətli qətlin şok təfərrüatı məlum olub.


Salyan rayon sakini Anar Hüseynov arvadı Kifayət Hüseynovanın telefonunda başqa kişi ilə intim xarakterli şəkillərini gördüyü üçün onu boğaraq öldürüb. O, daha sonra arvadının meyitini Salyan rayonuna apararaq qəbiristanlıqda dəfn edib.
Femida.az xəbər verir ki, qətlin təfərrüatı üzə çıxıb. Belə ki, ər arvadının telefonuna mesaj gəldiyini və yoldaşının mesajı gizlətdiyini görüb. Ər arvadından telefonun şifrəsini açmağı tələb edib.


Bu zaman kifayət telefonu ərinə verərək özü evin pəncərəsindən evdən qaçıb.Əri onu axtarmaq üçün küçəyə çıxsa da onu tapa bilməyib. Kifayət həmin günü rəfiqəsi gildə gecələyib. Bu zaman ər polisə zəng edərək arvadının ona xəyanət etdiyini bildirib. Polisə izahatında kifayət bu kişi ilə yaşamaq istəmədiyini bildirib. Daha sonra onlar evə gəldikdən sonra əri onu evdə boğaraq öldürüb.
Arvadını öldürdükdən sonra ailəsinə bildirib ki, Kifayət qəflətən ölüb. O, yaxınlarının köməyi ilə meyiti Salyanda dəfn edib.Polisin araşdırmasından sonra qadının əri tərəfindən öldürüldüyü məlum olub. Anar Hüseynov saxlanılıb.

Qətlin təfərrüatı və hadisə yerindən görüntüləri əks etdirən vidoenu təqdim edirik:






Açar sözlər:

Oxunub: 4030