Bakının yeni hərbi prokuroru KİMDİR? - DOSYE


14:36     04 İyul 2019 19_07_04_1562236709.jpg


Baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhərinin Hərbi prokuroru vəzifəsinə təyin olunan İlyas Rzayevin tərcümeyi-halını təqdim edirik.

Femida.az-ın məlumatına görə, Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.

2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorunun köməkçisi, böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib.

İ.R.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb. Azərbaycan Respublikası Baş Prokurorunun 03.07.2019 tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin edilib.

Ailəlidir, iki oğul və bir qız övladı var.

Femida.az

Açar sözlər: #prokuror   #dosye  

Oxunub: 1398