Arvadını döyən idmançı yenidən şikayət etdi - Məhkəmə


14:48     04 İyul 2019 19_07_04_1562237327.jpg


Bakı Apellyasiya Məhkəməsində kikboks millisinin sabiq baş məşqçisi Anar Süleymanovun keçmiş həyat yoldaşı Ş.Məmmədova barəsində xüsusi ittiham qaydasında verdiyi apellyasiya şikayətinə baxılıb.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın sabiq baş məşqçisi Anar Süleymanov bu il fevral ayında həbs olunub. O, arvadı Ş.Bayramovanı döyməkdə ittiham edilib.

İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Onun arvadı əvvəllər tələbəsi olub.

Zərərçəkmiş Ş.Bayramova 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. O, daha sonra azadlığa buraxılıb.

A.Süleymanovun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Ş.Bayramova barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməyib. Qərardan narazı qalan xüsusi ittihamçı A.Süleymanov apellyasiya şikayəti verib.

Femida.az

Açar sözlər: #idmançı   #məhkəmə   #ailə  

Oxunub: 883