Kafedə oğurluq edən Qobustan sakini tutulub


15:09     04 İyul 2019 ogurluq5.jpg

Bakıda kafedə oğurluq edən Qobustan sakini tutulub.



Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də 28 May qəsəbəsi ərazisindəki kafelərin birində qəsəbə sakini B.Rəhimovun 40 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini Ş.Ağayev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 396