Mirasa kimlər vərəsə ola bilər? - Hüquqi maarifləndirmə


15:25     04 İyul 2019 19_07_04_1562239781.jpg


Vərəsəlik nədir? Necə müəyyən olunur? Femida.az növbəti hüquqi maarifləndirici yazını təqdim edir:

Vərəsəlik dedikdə ölmüş şəxsin əmlakının başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə keçməsi başa düşülür.

Qanun üzrə vərəsəlik şəhadətnaməsinin Zəruri olan sənədlərin siyahısı aşağıdakılardır və verilməsi aşağıdakı hallarda olur:

- Miras qoyanın ölümü haqqında şəhadətnamə

- Miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında mənzil-istismаr sаhələrinin arayışı, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd;

- Vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən vеrilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

- Vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri;

- Qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.);

- Miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #femida   #vəkil   #qanun  

Oxunub: 2993