Bakıda ərəb turistlərin mübahisəsi: polis araşdırır - VİDEO


15:28     04 İyul 2019 19_07_04_1562239790.jpg

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda ərəb turistlə Azərbaycan vətəndaşının əlbəyaxa dava etməsi barədə yayılan videogörüntülərə reaksiya verib.


İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a açıqlamasında bildirib ki, mübahisə, əslində, ərəb turistlərlə azərbaycanlılar arasında baş verməyib:

“Hadisə “Park Bulvar” ticarət mərkəzində olub. Ərəblər yüksək səslə bir-biriləri ilə mübahisə ediblər. Məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsində araşdırma aparılır”.


Qeyd edək ki, BAKU.WS bundan öncə Bakıda ərəb turistlə Azərbaycan vətəndaşının əlbəyaxa dava etməsi barədə məlumat vermiş və videogörüntü yaymışdı.


Açar sözlər:

Oxunub: 507