Astarada qadın meyiti tapılıb


15:44     04 İyul 2019 yasli%20qadin%20meyit.jpg

Astarada 61 yaşlı qadın mənzilində meyiti tapılıb.



Femida.az-ın məlumatına görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Briliyant Quliyeva evində ölü tapılıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçirib və meyitin xarici müayinəsi aparılıb. B. Quliyevanın 3-4 gün əvvəl öldüyü məlum olub. Onun bədənində hər hansı bir xəsarət aşkarlanmayıb. O, şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 336