“Övladlarım atasının üzünü görməyib” – Əzmkar generalın həyat hekayəti


19:57     05 Noyabr 2015 rovsen%20ekberov8.jpg

Femida.az tanınmış şəxsiyyətlərin həyatı ilə bağlı layihəsini davam etdirir.


Bugünkü yazı Azərbaycanın Milli Qəhrəmanı, iki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 3-cü Ordu Korpusunun komandiri general-leytenant Rövşən Əkbərovla bağlıdır.

Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərov haqqında hər kəs az-çox məlumatlıdır. O, Azərbaycan Silahlı Qüvvələrinin yetişdirdiyi ən peşəkar hərbiçilərdən biridir.



Hazırda 3-cü Ordu Korpusu - Şəmkir Korpusunun komandiri kimi məsul bir vəzifədə çalışan Milli Qəhrəmanımızın 50 illik həyat yolu uğurlarla doludur.

Həyatı....

Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə gedib və səkkizinci sinfə qədər burada təhsil alıb. 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir. Rövşən Əkbərov 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdır. 1993-1995-ci illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə müxtəlif vəzifələrdə çalışır.

Mart hadisələri (1995)...



Rövşən Əkbərovun həyatında heç vaxt unudulmayacaq ən mühüm hadisə sözsüz ki, “OMON”çu dəstənin zərərsizləşdirildiyi əməliyyatdır. Rövşən Əkbərovun yaxından iştirakı ilə baş tutan əməliyyatın nəticəsində, Rövşən Cavadov başda olmaqla bütün “OMON”çu dəstənin zərərsizləşdirilməsinə nail olunur. Tarixdə bu olay “Mart hadisələri” kimi yadda qaldı.

Sonrakı fəaliyyəti....

General-leytenant rütbəsinə qədər yüksələn bacarıqlı hərbiçi öz biliyini artırmağı da yaddan çıxarmır. O, 1999-cü ildə Bakı Ali Hərbi Dənizçilik məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olur. 1995-1997 ci ilər arasında Gəncə şəhərində motoatıcı briqada komandiri vəzifəsində çalışan Rövşən Əkbərov 1997-ci ildə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsinə təyin olunur. O, 1998-ci ilin may ayında Bakı korpusunun komandiri vəzifəsinə təyin edilir. . 2011-ci ilin fevralından Şəmkir korpusunun komandiri vəzifəsində çalışır.

Təltifləri...

Rövşən Əkbərov Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. O, Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Bundan başqa Rövşən Əkbərov "Vətən uğrunda" medal və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenlə də təltif olunub.

Ailəsi...

Əldə etdiyimiz məlumatlara əsasən, Milli Qəhrəmanın 4 övladı var. O, iki qız, iki də oğul atasıdır. Rövşən Əkbərov verdiyi açıqlamaların birində övladlarının böyüyənə kimi atasının üzünü görmədiyini qeyd edir. Milli Qəhrəman müharibə qurtarandan sonra, 1998-ci ildə Bakıya qayıdır. O zaman isə övladlarımın 8-9 yaşları var idi. 2014-cü ildə qız övladı ailə həyatı həyatı qurub.

Femida.az

Açar sözlər:

Oxunub: 22744


Oxşar xəbərlər