Prokuror oteldə qadını öldürən şəxs cəza istəyib


16:23     04 İyul 2019 19_07_04_1562243042.jpg

Bakıda oteldə qətl törətməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Femida.az -ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında döclət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı N.Əliyevə 20 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.


Proses gələn həftə davam etdiriləcək.

Qeyd edək ki, hadisəsi ötən il sentyabrında Abşeron rayonundakı "Oskar" otelində baş verib.

Məlumata görə, 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı qətlə yetirib

Mərhumun 11 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

Açar sözlər:

Oxunub: 321