7 aylıq körpəyə nəcisindən dəhşətli infeksiya bulaşdı – VİDEO


18:22     04 İyul 2019 19_07_04_1562244730.jpg

7 aylıq Əminə mürəkkəb onurğa beyin əməliyyatı keçirib. Müəyyən zaman keçdikdən sonra yarasına infeksiya düşüb.


Körpənin atası Elvin İlyasov medicina.az-a bildirib ki, infeksiyanın beyinə də vurmaq ehtimalı var. Bu halda körpənin başı şişəcək və təkrar əməliyyata girməli olacaq.

İndi həkimlər məhz bunun qarşısını almağa çalışır: "Ayaqlarında dirənc yoxdur. Onurğa - beyin xəstəliyi olduğu üçün ayaqlarda inkişaf tam şəkildə yoxdur. Gərək onu masajla fizioterapiya ilə bərpa edəsən. O da gələcək üçün nəzərdə tutulub. Anadangəlmə bu problemlə doğulub. Sonradan yaranmayıb. Əməliyyatdan sonra isə nəcisdən yaraya infeksiya keçib. Yaranın yerinə su gəldiyi üçün tez-tez dəyişmək lazım idi. Su gəldiyi üçün nəcis yaraya dəyib. Nəticədə isə yarada çirk əmələ gəlib”.





Körpənin atasının sözlərinə görə, xəstənin baxılma şəraiti ilə bağlı da həkimlər tərəfindən məlumat verilib. Lakin su dayanmadığı üçün əməliyyat yerinin qorunması çətin olub.


"Xəstəliyin sağalması barədə heç nə deyə bilmirlər. Çünki hələ iltihabın təmizlənməsi və yayılmasının qarşısını almaqla məşğuldurlar. Eyni zamanda beyindən gələn suyu dayandırmağa çalışırlar. Su kəsilməsə, hidrosefaliya baş verə bilər. Yəni baş şişə bilər”.

Körpə 26 gündür, əməliyyat olunduğu Xətai rayon Neyrocərrahiyə İnstitutunda müalicə alır. Hazırda müayinə və müalicə davam edir.
Ailənin maddi vəziyyəti yüksək olmadığı üçün 7 aylıq Əminənin sağlamlığına tam qovuşması üçün köməyə ehtiyacları var. İmkanları şəxslərdən xahiş olunur ki, Əminənin həyatda qalmasına öz dəstəklərini əsirgəməsinlər.
Əlaqə nömrəsi: Ata Elvin İlyasov - 050 290 60 21

Açar sözlər:

Oxunub: 648