Səudiyyə Ərəbistanının ilk qadın səfiri


17:15     04 İyul 2019 19_07_04_1562245474.jpg

Səudiyyə Ərəbistanının ilk qadın səfiri Rima Bint Bəndər Əl-Səud Vaşinqtonda diplomatik fəaliyyətə başlayıb.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində məlumat paylaşıb.

Xanım diplomat yazıb: “Vaşinqtonda etimadnaməmi təqdim etməkdən böyük qürur hissi keçirdim. ABŞ paytaxtında öz həyatımın yeni səhifəsini açıram”.

Qeyd edək ki, Kral Salman bin Əbdül Əziz aprelin 16-da Şahzadə Rima Bint Bəndər Əl-Səudun ABŞ-a səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.

Açar sözlər:

Oxunub: 512