ABŞ-da polis altıyaşlı uşağı qətlə yetirdi


20:13     05 Noyabr 2015 Sanford_Airport_Police_FL_USA_-_Ford_Crown_Victoria_Police_Interceptor.jpg

ABŞ-ın Luiziana ştatında polis altıyaşlı oğlanın atasını təqib edərkən açdığı atəş nəticəsində uşağı öldürüb.


Femida.az xəbər verir ki, hadisə həbsinə order verilən yerli sakin Kris Fyunun Marksvill şəhərində təqibi zamanı baş verib.

Polislər avtomobillərdə cinayətkarı dalana sıxışdırıblar və Fyu avtomobili onların üzərinə sürərkən odlu silahdan atəş açılıb.

“Atışma zamanı uşaq atəş xəttində olub.”, - polis nümayəndəsi bildirib.

Araşdırma nəticələrinə əsasən, oğlan avtomobilin sərnişinlər üçün nəzərdə tutulan oturacağında əyləşib.

Cinayətkar yaralanıb və hazırda ağır vəziyyətdə xəstəxanadadır, uşaq isə başından və sinəsindən aldığı çoxsaylı yaralardan ölüb.

Açar sözlər:

Oxunub: 805