Siyəzəndə ağır qəza, ölən və yaralanan var


19:56     04 İyul 2019 qeza_yeni.jpg

İyulun 3-də saat 8 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.

DİN-nin Mətbuat xidmətidnən Femida.az -a verilən məlumata görə, nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini olan 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 537