Meksikada polislər tətil edir


20:16     04 İyul 2019 2019/07/FA5E87DB-401E-46E5-B453-32950B23E539_1562257119.jpeg

Meksikada federal polis əməkdaşları müddətsiz tətilə başlayıb.

Femida.az Trend-ə istinadən bildirir ki, paytaxt Mexikoda tətil edənlər bir sıra küçələri bağlayıb.

Aksiya ilə əlaqədar Mexikonun əsas şoselərində nəqliyyatın hərəkəti dayanıb.

Polislər yaradılması nəzərdə tutulan Milli Qvardiyanın tərkibinə keçməyə etiraz edir. Onlar hesab edir ki, bu addımın atılacağı təqdirdə əməkhaqları azalacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 461