İran XİN: Körfəzdə gərginlik daha da arta bilər


21:15     04 İyul 2019 amerika-iran--bayraq__1438769940.jpg

İrana məxsus tankerin Cəbəllütariqdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən saxlanılması körfəz ətrafında da gərginliyin artmasına səbəb ola bilər.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bildirib.

“Böyük Britaniyanın neft tankerini saxlamaq kimi pozucu əməlləri körfəzdə gərginliyi daha da artıra bilər”, - XİN rəsmisi bildirib.

Xatırladaq ki, Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti bu gün Panama bayrağı altında üzən “Grace 1” tankerini Suriyaya neft daşıdığı şübhəsi ilə saxlamışdı.

Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları bu ölkə ilə az qala hər cür işgüzar əlaqələri, xüsusilə də neft və neft məhsulları ticarətini məhdudlaşdırır./ Report
Femida.az

Açar sözlər:

Oxunub: 287