Bulvarda 2 nəfər dənizə düşdü


09:18     05 İyul 2019 19_07_05_1562303955.jpg


Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #bulvar  

Oxunub: 700