​MSK İqbal Ağazadənin şikayətinə baxıb


20:38     05 Noyabr 2015 mskk1.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxılıb.


Femida.az-ın məlumatına görə, İ.Ağazadə şikayətində seçki dairəsinin 17, 18 və 26-cı məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciət hazırda qüvvədə olan qaydaların pozulması ilə MSK-ya daxil olub. Ona görə də MSK müraciətə baxılması üçün DSK-ya göndərib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib.

Açar sözlər:

Oxunub: 955


Oxşar xəbərlər