Səddam Hüseynə ölüm hökmü oxuyan hakim ölüb


10:28     05 İyul 2019 2019/07/1b5bbbb9-d9fc-4bb9-9504-a7a90ef42ae9_1562308148.jpg


İraqın keçmiş prezidenti Səddam Hüseyn barəsində edam hökmü çıxaran hakimlərdən biri olan Rauf Reşid vəfat edib.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, o, iyunun 4-də İraqın Süleymaniyyə şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, milliyyətçə kürd olan R.Reşid məhkəmədə Səddam Hüseyn barəsində çıxarılan edam hökmünü oxuyub.

Xatırladaq ki, S.Hüseyn 1937-ci il aprelin 28-də anadan olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. O, həmin ilin dekabrın 13-də Tikritdə həbs olunub.

İraq məhkəməsinin 2006-cı il noyabr 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.

Femida.az

Açar sözlər: #Səddam  

Oxunub: 467