Ağsu aşırımında yol qəzası, Gözünə şüşə parçası girdi


11:00     05 İyul 2019 qeza_yeni.jpg

Ağsuda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Qəribov Kamran Zahid oğlunun idarə etdiyi avtomobilin qarşısına qoyunlar çıxıb və maşın idarəetməni itirərək yol kənarındakı daşlara çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinləri - Quliyev Fəqan Əfsər oğlu, Cəlilov Dilqəm Günəş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fəqan Quliyevin gözünə şüşə parçası girib, onun vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 333