Ruhanidən təhdid mesajı: "İstədiyimiz qədər uran istehsal edəcəyik"


11:05     05 İyul 2019 19_07_05_1562310207.jpg


İranda Nazirlər Kabinetinin toplantısından sonra ölkənin prezidenti Həsən Ruhani nüvə razılaşması və İranın atdığı addımlar ilə əlaqədar şərhlər verib.


Femida.az xəbər verir ki, Ruhani 7 İyuldan sonra zənginləşdirilmiş uran səviyyəsinin 3,67 faiz olmayacağını bildirib:

“Artıq bu səviyyəni aşmağı düşünürük. Uranın miqdarını 3.67 faizdən də yuxarı qaldıracağıq. Artıq bizdən tələb edilən öhdəliyi bir kənara qoyub istədiyimiz qədər uran istehsal edəcəyik. Ürəyimiz istədiyi qədər, bizə nə qədər lazımdırsa, uran istehsal edə bilərik.

Burdan Avropa ölkələrinə səslənirəm. 7 iyulda nüvə razılaşmasının müddəti başa çatır. Növbəti addımı atmağın vaxtıdır. Artıq bizə qoyulan öhdəlikdən kənara çıxmağın vaxtıdır. Əgər yenə təəssüflə qarşılayacaqsınızsa, buyurun, qarşılayın. Bəyanat verəcəksinizsə, buyurun verin”.

Ruhani bildirib ki, zənginləşdirilmiş uran ehtiyat limiti 300 kiloqram həddini keçib və bu poses davam edəcək:

“İran yalnız qarşı tərəf vədinə əməl etdiyi təqdirdə geri addım ata bilər. İstehsal edilən əlavə uranın miqdarı 10 min kq olsa belə, bunu Rusiyaya satıb, “sarı tort” (üyüdülmüş uran) ala bilərik. Atdığımız bütün addımları bir ilə deyil, bir saata əvvəlki halına qaytara bilərik. Niyə narahat olursunuz? Narahat olursunuzsa, bir qərar verin, nüvə razılaşması yaxşıdır, yoxsa pis? Yaxşıdırsa, hamımız öhdələiklərə bağlı qalmalıyıq. Avropa ölkələri 7 iyuldan sonra nüvə razılaşmasındakı öhdəliklərini yerinə yetirməsə, Əraqdakı reaktoru bərpa edəcəyik. Hansı ki, həmin ölkələrin təhlükəli saydığı plutonium da istehsal edə bilərik. ABŞ və Aİ-yə tövsiyəmiz budur: mantiqlə, müzakirələrlə, qanunla davranın. BMT-in qətnamələrinə əməl edin. Bu şərtlərlə nüvə razılaşmasını tətbiq edək. Siz anlaşmaya sadiq qalsanız, biz də qalarıq”.

İran prezidenti ABŞ prezidenti Donald Trampın "İran odla oynayır" tənqidinə isə belə cavab verib:

“O odu siz yandırdınız, siz də söndürün. Madam ki, odla oynamağın təhlükəli olduğunu düşünürdün, niyə yandırdın?"

Qeyd edək ki, ABŞ rəhbərliyi birtərəfli olaraq 2018-ci ilin mayında nüvə razılaşmasından çıxaraq, İrana qarşı sanksiyalar tətbiq edib.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #İran   #ABŞ   #dünya   #siyasət  

Oxunub: 1027