6 nəfər liftdə qaldı


11:13     05 İyul 2019 lift9.jpg

Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 260