Azərbaycan döyüşçüsü yenidən dünya çempionu oldu


11:43     05 İyul 2019 2019/07/15623-1562311228_1562312644.jpg

Antalyada döyüş növləri üzrə dünya çempionatı keçirilib.


Femida.az xəbər verir ki, dünya və Avropa çempionu Vüqar Əzimov çempionatda uğurla çıxış edib.

14 ölkədən idmançıların qatıldığı mundialda 90 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı qızıl medal qazanıb. V.Əzimov Qazaxıstan, Rusiya və Özbəkistandan olan rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 432