Ögey anasını diri-diri quyuya salıb,üzərini torpaqla örtdü - Azərbaycanda dəhşətli qətlin VİDEOSU


11:49     05 İyul 2019 2019/07/quyuda-qetl2_1562313052.jpg

2017-ci ilin noyabrın 13-də Şamaxıda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Belə ki, Şamaxı rayon sakini Rəhim Bağırov ögey anası Badam Bağırovanı öldürərək həyətdəki su quyusuna ataraq üzərini daşla örtüb.


Femida.az xəbər verir ki, ARB televiziyasında yayımlanan "Kriminal" verilişində qətlin təfərrüatı və meyitin çıxarıldı yer nümayiş olunub. Məlum olub ki, R.Bağırov 1999-cu ildə törətdiyi bir cinayətə görə həbs olunub. Həmin vaxt onun atası Hacı Bağırov arvadı Göyçək və gəlini Gülnarəni evdən qovaraq Badam Bağırovanı evə ikinci arvad kimi gətirib. Bundan sonra evdən qovulan qadınlar məhkəməyə müraciət edərək həmin evdə yaşamaq hüquqlarının təmin edilməsinə nayil olublar. Həmin vaxt həbsxanada olan Rəhim Bağırov hadisələrə müdaxilə edə bilmədiyi üçün anasının yerinə evə qadın gətirilmiş Badam Bağırovaya qarşı düşmənçilik münasibəti formalaşıb. Rəhim Bağırov həbsxanadan çıxandan sonra Bahar Bağırovanı qətlə yetirmək niyyətinə düşüb. 2017-ci ilin noyabrında həyətə çıxan Rəhim ögey anası Badamın həyətdə zəfəran yığdığını görüb. Evdən boşqabı götürərək onun başına vurub. Qadın evə qaçıb girmək istəyərkən ayağı sürüşərək yerə yıxılıb.



Bu zaman Rəhim onun saçından tutaraq sürüyüb və həyətdə yerləşən su quyusuna atıb. Daha sonra daşları qadının üstünə ataraq quyuda diri-diri basdırıb. Qadını quyuda basdıran Rəhim evə girərək yatıb. Hadisə ilə bağlı qadının azyaşlı oğlu MirBağır Bağırov evdə yatdığından xəbəri olmayıb. O, yuxudan oyanan zaman anasının evdə olmadığını görüb. Küçəyə çıxaraq onu axtarmağa başlayıb. Anasını tapa bilmədiyi üçün xalasına zəng edib və məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları həyətə baxış keçirənn zaman qadının meyitini quyuda açkarlayıb və quyu qazılaraq meyit çıxarıblıb. Hadisə ilə bağlı saxlanılan Rəhim Bağırov məhkəmədə ifadəsində deyib ki, qadını gözünə şeytan kimi göründüyü üçün öldürüb.





Məhkəmə tərəfindən keçirilmiş stansianar məhkəmə tibbi ekspertiziyasının rəyindən məlum olub ki, qətli törədən zaman Rəhim Bağırov tam anlaqlı vəziyyətdə olub və özünü idarəetmə qabiliyyətinə malik olub. Lakin hadisədən sonra istintaq təcridxanasında saxlanıldığı müddətdə R. Bağırovda kəskin formada psixi pozğunluq yaranıb. Buna görə də ona məcburi tibbi xarakterli tədbirlərin görülməsi məsləhət görülüb. Dövlət ittihamçısı məhkəmədən xahiş edib ki, təqsirləndirilən şəxsə məcburi müalicə təyin edilsin.Məhkəmə nəticəyə gəlib ki, R.Bağırovun Cinayət Məcəlləsinin 120.2.4 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübut eidlib. Məhkəmənin qərarı ilə Rəhim Bağırov cinayət məsuliyyətindən azad edilib və onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib.



Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #qətl   #kriminal   #xəbərlər   #video  

Oxunub: 3212