MSK Elza ilə bağlı şikayəti rədd etdi


20:58     05 Noyabr 2015 eklza205100285.jpg

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsəndən deputatlığa namizəd olan Elza Seyidcahanın (Qasımova) namizədliyini müdafiə edən iki seçicinin şikayətinə baxılıb.


Femida.az xəbər verir ki, şikayətdə bildirilib ki, noyabrın 1-də parlament seçkilərində E.Seyidcahanın təmsil olunduğu dairələrin nəticələri ləğv edilməlidir.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, E.Seyidcahan şikayəti öz adından deyil, ona səsverən seçicilərin adından MSK-ya ünvanlayıb.

Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciətdə seçki dairəsinin nəticəsinin ləğv olunmasına dair konkret faktlar yoxdur. O da məlum olub ki, müraciət edən şəxslər həmin seçki dairəsinin ərazisində yaşamırlar. Ona görə də MSK şikayəti təmin etməyib.

Açar sözlər:

Oxunub: 1144