Azərbaycanlı aktrisanın təyyarədə pulu oğurlanıb
13:58 05 İyul 2019
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul reysində oğurluq hadisəsi baş verib.
Femida.az-ın Report-a istinadən məlumatına görə, Türkiyədə fəaliyyət göstərən aktrisa, Əməkdar İncəsənət Xadimi Məlahət Abbasovanın çantasındaan 1000 ABŞ dolları oğurlanıb.
Təyyarəyə minməzdən əvvəl pul çantasında olub: "Mən Bakıda təyyarəyə mindim, sonra çantamı başımın üzərindəki dolaba qoydum. Uçuş müddətində yatmışam və heç nədən xəbərim olmayıb. İstanbulda təyyarədən endikdən sonra pulumun oğurlandığını bildim”.
Azərbaycanlı aktrisa faktla bağlı İstanbul Hava Limanındakı təhlükəsizlik orqanlarının əməkdaşlarını məlumatlandırıb: "Onlar son bir ay ərzində AZAL-ın həyata keçirdiyi aviareyslərdə oğurluq hadisəsi ilə bağlı bir neçə müraciətin daxil olduğunu bildirdilər. Eyni zamanda sonuncu dəfə on gün əvvəl bir xanımın çantasından xəstəxanaya ödəmək üçün gətirdiyi 18 000 ABŞ dollarının oğurlandığını söylədilər. Həmin qadın hava limanını ağlayaraq tərk edib".
"Polislər təyyarələrin içində kameralar olmadığı üçün oğurluq hadisəsini törədənlərin tapılmasının qeyri-mümkün olduğunu deyərək yalnız şübhələndiyim biri varsa, məsələnin hüquqi müstəvidə araşdırılması üçün kömək edə biləcəklərini vurğuladılar. Onlar oğruların şəbəkə şəklində fəaliyyət göstərdikləri qənaətindədir", - o qeyd edib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski "Report"un sorğusuna cavab olaraq bildirib ki, oğurluq hadisəsi ilə əlaqədar araşdırma aparılır: "Məsələ ilə bağlı həmin aviareysin baş bələdçisi dindirilməlidir. Bundan sonra hadisə ilə əlaqədar ətraflı məlumat veriləcək”.
O, təyyarənin salonunda kameraların olmadığını da vurğulayıb.
Femida.az
Oxunub: 448
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Azərbaycanda bu il boşanmaların sayı 11 faiz azalıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- Azərbaycanda ölüm səviyyəsi azalıb
- Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb
- Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə 1%-ə yaxın azalıb
- Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldıla bilər - VİDEO
- Bakıda arvadını öldürən sabiq hakimin cəzası azaldılıb