Gəncədə evdən oğurluq edən dəstə tutuldu


15:33     05 İyul 2019 2019/07/66396-1562322033_1562326449.jpg

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mənzildən oğurluq edən şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, 26 yaşlı Daşkəsən rayon sakini Rüfət Nəcəfov, 24 yaşlı Goranboy rayon sakini Valeh Ramazanov, 29 yaşlı Göygöl rayon sakini Pərviz Məmmədov və 27 yaşlı Gəncə şəhər sakini Zəka Qoyuyev mənzilə daxil olaraq oradan 500 manat nağd pulu, 16700 manat dəyərində qızıl-zinət əşyalarını, 150 manat dəyərində bir ədəd mobil telefonu və 40 manat dəyərində DVD aparatını oğurlayıblar.

Onlar maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 635