İnterpol 135 Azərbaycan vətəndaşını axtarır: 8-i qadındır


16:21     05 İyul 2019 2019/07/Scree-1562327950_1562329536.jpg

İndiyədək müxtəlif cinayətlər törətmiş Azərbaycan vətəndaşları İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.


Femida.az-ın məlumatına görə, hazırda 135 azərbaycanlı İnterpolun axtarışındadır. Onlardan 127 nəfəri kişi, 8-i isə qadındır.
Axtarışa verilənlər əsasən qətl, soyğunçuluq, maliyyə fırıldağı, qaçaqmalçılıq, insan alveri və digər cinayətlərdə ittiham olunurlar.

Femida.az

Açar sözlər:

Oxunub: 291