Arzu Rəhimov vətəndaşları qəbul edəcək


22:25     05 Noyabr 2015 4304e54ea8b0909e4655ecc0f10f6eb4.jpg

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov 19.11.2015-ci il tarixdə saat 10:00-da Sumqayıt şəhər idarəsinin inzibati binasında Abşeron, Qudablı və Sumqayıt (şəhər) rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.


SHXÇDX-dən Femida.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 18.11.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon (şəhər) idarə, şöbə və bölməsinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Açar sözlər:

Oxunub: 902