Yaşayış binasında təhlükənin qarşısı alındı


18:33     05 İyul 2019 fhn.jpg

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının damında dəmir boru asılı vəziyyətdə qalıb.


Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan dəmir borunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 476