İran neftini qanunsuz daşıyan tanker kimindir?


17:13     05 İyul 2019 19_07_05_1562332284.jpg

Cəbbalütariqdə saxlanılan “Grace 1” tankeri Rusiyanın “Titan Şipinq Layn” şirkətinə məxsusdur.

Femida.az xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi yayıb. Məlumata görə, bu gəmi İran neftini Suriyaya daşıyıb. Saxlanılan gəminin isə rəsmən BƏƏ-də qeydiyyatda olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Cəbbalütariqdə Panama bayrağı altında üzən “Grace 1” supertankeri saxlanılıb. Saxlanılan tankerin 2 milyon barrel neft daşıdığı müəyyən edilib. Britaniya rəsmiləri tankeri ABŞ-ın xahişi əsasında saxladıqlarını bildiriblər.

Açar sözlər:

Oxunub: 377