Küçədə qalan yaşlı kişi sığınacağa yerləşdirildi
18:42 05 İyul 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda çətin həyat şəraiti sürən 84 yaşlı I qrup gözdən əlil Fayaz Məhərrəmovu sosial sığınacağa yerləşdirib.
Femida.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.
O qeyd edib ki, F. Məhərrəmov yaşayış yeri olmadan Bakıda yaşayıb: “ Həmin ahıl şəxsin bildirdiyinə görə, uzun illər əvvəl övladı ona məxsus evi sataraq, biryolluq tərk etdikdən sonra belə çətin duruma düşüb. Bir müddət həbs həyatı yaşayıb, sonralar isə müxtəlif məkanlarda qalıb.
Bu gün Fayaz Məhərrəmov əməkdaşlarımız tərəfindən nazirliyin Sosial Sığınacağına gətirilib. Burada tibbi müayinədən keçib, stasionar şəraitdə zəruri sosial-məişət xidmətləri ilə təmin edilir. Onu da bildirək ki, F.Məhərrəmov hazırda yaşa görə əmək pensiyası ilə təmin olunur.
Eyni zamanda, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə də cari il aprelin 1-dən Prezidentin aylıq təqaüdünün təyin olunmasına başlanıb.
I qrup gözdən əlil olan F.Məhərrəmovun da həmin aylıq təqaüdlə təmin olunması üçün artıq sənədləşmə işlərinə başlanıb. Həmçinin ötən üç ayın (aprel, may, iyun) ödənilməmiş təqaüdləri də toplam halda ona ödəniləcək”.
Femida.az
Oxunub: 501
Oxşar xəbərlər
- Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
- Küçədə maska taxmaq tələbi ləğv edildi - İsraildə
- Küçədə gecələyən şəxs sığınacağa yerləşdirildi
- Küçədə qadını yerə yıxdı, telefonunu alıb qaçdı - ŞOK VİDEO
- Küçədə kişi meyiti tapılıb
- Küçədə qadınların yolunu kəsən sərxoş kişi belə döyüldü - VİDEO
- Küçədə narkotikdən zəhərlənən şəxsin meyiti tapıldı
- Küçədə tapılıb xəstəxanada ölən qızı maşın vurubmuş - RƏSMİ AÇIQLAMA
- Küçədə zibil qabından təhlükəli tapıntı
- Küçədən kişi meyiti tapılıb