“ASAN xidmət” lisenziyaları verməyə başladı


22:17     05 Noyabr 2015 ASAN.jpg

Noyabrın 5-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 5 saylı "ASAN xidmət" mərkəzində avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən müəssisələrə ilk lisenziyalar verilib.


İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması, prosedurların sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır. Qısa müddətdə təkliflər aidiyyatı qurumlara təqdim olunacaq.

"Sahibkarlara bildirmək istəyirəm ki, yeni lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı lisenziya əldə etmək istəyənlər bir müddət səbr etsinlər. Çünki, qeyd etdiyim kimi İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılması istiqamətində təkliflər hazırlanır. Ola bilsin həmin fəaliyyət növləri lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısında olmasın, sahibkarlarımız da bu məsələ ilə bağlı xərc çəkməsinlər", - deyə nazir müavini diqqətə çatdırıb.

Lisenziya almış sahibkarlar xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını bildirərək lisenziyaların verilməsi prosesindən razılıqlarını ifadə ediblər.

Açar sözlər:

Oxunub: 1087