İstirahət günlərində səyahətə çıxanlar DİQQƏT!


19:57     05 İyul 2019 seyahet%20turist.jpg


İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da, əsasən, gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Femida.az

Açar sözlər: #hava  

Oxunub: 379