Daxili İşlər nazirinin birinci müavini bəlli oldu


20:40     05 İyul 2019 19_07_05_1562344938.jpg

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

Femida.az Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib.

S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.

DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 679